Son bir həftədə Sabirabadda 27 odlu silah təhvil alınıb
Son bir həftə ərzində Sabirabad rayon sakinlərindən 5-i könüllü olmaqla ümumilikdə 27 odlu silah təhvil götürülüb.
Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, ötən gün ərzində 14 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif marka və kalibrli ov tüfəngləri aşkar edilərək götürülüb.
Faktlarla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
284