Tütün məmulatları və pirotexniki vasitələr aşkar edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Tütün məmulatları və pirotexniki vasitələr aşkar edilib - FOTO

17:41 - 08 / 01 / 2024
Tütün məmulatları və pirotexniki vasitələr aşkar edilib - FOTO

Dövlət Gömrük Komitəsi (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nəsimi rayonu ərazisində fəaliyyət göstərən ticarət obyektində Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan cəmi 12210 qutu tütün məmulatları və külli miqdarda pirotexniki vasitələr aşkar olunub.

DGK-dan 1news.az-a bildirilib ki, Şirvan gömrük postundan daxil olan əməliyyat məlumatı əsasında Saatlı rayonunda keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon sakininə məxsus ticarət obyektində və yaşayış evində Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan 8034 qutu tütün məmulatı aşkar edilib.

Paylaş:
396

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər