Cavanşir Quliyev: “Aygün daxilən çox azad adam idi, ipə-sapa yatmayan adam idi” | 1news.az | Xəbərlər
Mədəniyyət

Cavanşir Quliyev: “Aygün daxilən çox azad adam idi, ipə-sapa yatmayan adam idi”

11:31 - 08 / 01 / 2024
Cavanşir Quliyev: “Aygün daxilən çox azad adam idi, ipə-sapa yatmayan adam idi”

“Deməyə söz tapmıram. Biz ən böyük sənətçilərimizdən birini itirdik. Bizi çox tez tərk etdi”.

1news.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Aygün Bəylərlə vida mərasimində Əməkdar incəsənət xadimi Cavanşir Quliyev deyib.

O, Aygün Bəylərlə bağlı xatirələrini dilə gətirib: “Aygünün ilk addımlarından yanında olmuşam. Hərdən düşünürəm ki, onun xəstəliyi yaşadığı həyatdan olubsa, bəlkə, onu musiqiyə nahaq gətirdim. İnsanın başına min cür fikirlər gəlir. Ona da, bizə də çox heyif oldu. Bizim onunla çox böyük layihələrimiz var idi. Bir qismini həyata keçirmişdik, bir qismini yox.

Aygünlə bağlı hər şey xatirədir. O heç kimə bənzəmirdi. Aygün daxilən çox azad adam idi, ipə-sapa yatmayan adam idi. Ona görə də elə yaxşı oxuyurdu. Onun sənəti daxili azadlığından irəli gəlirdi. Bu da onun başına bəla olurdu. Bax belə bir həyat yaşadı. Heç kimə tabe olmayan, öz həyatı ilə yaşamaq istəyən, amma ətrafda bir çox ona mane olan amillərin içində keçdi ömrü. Son dəfə 10 gün əvvəl konsertində iştirak etdim. Xəstə olduğunu bilirdik. Səhnədə çox mərd dayandı. Hərdən tərləyirdi, ağrıları var idi”.

Paylaş:
345

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər