Azərbaycanın milli parklarında “açıq qapı” günü olacaq - Tarix | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın milli parklarında “açıq qapı” günü olacaq - Tarix

Qafar Ağayev13:08 - 09 / 01 / 2024
Azərbaycanın milli parklarında “açıq qapı” günü olacaq - Tarix

11 yanvar - Dünya Qoruqlar və Milli Parklar Günü ilə əlaqədar Azərbaycanın milli parklarında “açıq qapı” günü olacaq.

1news.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Qeyd olunub ki, 1917-ci il yanvarın 11-də dünyada ilk dəfə Rusiyada nadir heyvanların qorunması məqsədilə Baykal gölü üzərində Barquzin Dövlət Qoruğu yaradılıb. Həmin təqvim Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən qeyd olunur.

Ölkəmizdə 10 milli park, 10 dövlət təbiət qoruğu fəaliyyət göstərir. Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir.

“Açıq qapı” günü ziyarətçilər Azərbaycanın müxtəlif bölgələrində yerləşən milli parklara gəlməklə burada füsunkar təbiət ərazilərindən zövq ala bilərlər.

Paylaş:
249

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər