Respublika Perinatal Mərkəzində yanğın baş verib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Respublika Perinatal Mərkəzində yanğın baş verib - FOTO

Qafar Ağayev07:43 - 09 / 01 / 2024
Respublika Perinatal Mərkəzində yanğın baş verib - FOTO

Respublika Perinatal Mərkəzində yanğın olub.

1news.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, yanğın qısa müddətdə söndürülüb: “Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb”.

Hadisə yerinə cəlb olunmuş FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən təxliyə işləri həyata keçirilib.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerinə gəlib.

Paylaş:
860

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər