DİN: Ötən gün Azərbaycanda 22 kq-dan çox narkotik aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: Ötən gün Azərbaycanda 22 kq-dan çox narkotik aşkarlanıb

10:04 - 09 / 01 / 2024
DİN: Ötən gün Azərbaycanda 22 kq-dan çox narkotik aşkarlanıb

Polis əməkdaşlarının yanvarın 8-də ölkə ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 22,9 kiloqramdan çox narkotik vasitə, həmçinin 1048 ədəd narkotik tərkibli həb aşkar olunaraq götürülüb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 11 kiloqram 940 qram heroin, 7 kiloqram 727 qram marixuana, 1 kiloqram 23 qram tiryək, 2 kiloqram 220 qram metamfetamin, həmçinin 1048 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Paylaş:
236

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər