ADY Bakı-Ağstafa-Bakı marştutu üzrə əlavə reyslər təyin edir | 1news.az | Xəbərlər
Cəmiyyət

ADY Bakı-Ağstafa-Bakı marştutu üzrə əlavə reyslər təyin edir

Qafar Ağayev11:49 - 09 / 01 / 2024
ADY Bakı-Ağstafa-Bakı marştutu üzrə əlavə reyslər təyin edir

ADY sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə həftənin cümə günlərinə axşam reysləri təyin edir.

Bu barədə qurumdan 1news.az-a məlumat verilib.

Oturacaq tipli vaqonlardan ibarət sürət sərnişin qatarı:

12, 19, 26 yanvar və 2 fevral tarixlərində saat 23:55-də Bakı Dəmiryol Vağzalından Ağstafaya,

4, 21, 28 yanvar və 4 fevral tarixlərində saat 15:00-da Ağstafadan Bakıya yola düşəcək.

Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz.

Paylaş:
300

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər