İstintaq təcridxanasına narkotik və psixotrop maddələr keçirilməsinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İstintaq təcridxanasına narkotik və psixotrop maddələr keçirilməsinin qarşısı alınıb

12:15 - 09 / 01 / 2024
İstintaq təcridxanasına narkotik və psixotrop maddələr keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, həbs edilmiş şəxs Mehman Şöhrət oğlu Səmədova atası Şöhrət Balaəsgər oğlu Səmədov tərəfindən gətirilmiş sovqatdakı əncir mürəbbəsinin içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,710 qram heroin və 0,147 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
280

Son xəbərlər

Bütün xəbərlər