Göygöldə avtomobillər toqquşub, ölən və xəsarət alan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Göygöldə avtomobillər toqquşub, ölən və xəsarət alan var

14:19 - 10 / 01 / 2024
Göygöldə avtomobillər toqquşub, ölən və xəsarət alan var

Bakı-Qazax magistral yolunun Göygöl rayonunun Quşqara kənd yaxınlığından keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.

1news.az "Report"a istinadən Qərb bürosunun məlumatına görə, qəza zamanı iki avtomobil toqquşub.

Nəticədə 1986-cı il təvəllüdlü Nüsrət Nüsrətzadə aldığı xəsarətlərdən dünyasını dəyişib. Daha bir neçə nəfər isə xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
200

Son xəbərlər

Bütün xəbərlər