“Azərişıq” Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərişıq” Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir - VİDEO

Qafar Ağayev15:12 - 10 / 01 / 2024
“Azərişıq” Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC işğaldan azad edilən bütün ərazilərdə, o cümlədən coğrafi quruluşuna görə ən çətin relyefə malik Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir.

QSC-dən Modern.az-a verilən məlumata görə, Kəlbəcər şəhəri ərazisində yeni 35/0,4 kV-luq yarımstansiya və İdarəetmə Mərkəzinin, İstisu ərazisində 110/35 kV-luq yarımstansiyanın inşası, eləcə də 35 kV-luq xətlərin çəkilişi sürətlə aparılır. Ağqaya, Qamışlı və Mərcimək istiqamətində yenidənqurma işləri gedir. Qeyd edilən kəndlərdə yeni dayaqlar basdırılır və müasir tipli, izolyasiyalı kabel xətləri çəkilir. Rayonun şəhər ərazisindəki Qospitalda, həmçinin Cermux, Yellicə, Zəylik, İstisu, Zod, Zar, Yanşaq, Keşdək kəndlərində yerləşən mühüm obyektlərin elektrik enerjisi ilə təmin olunması üçün 35 kV-luq elektrik verilişi xətlərinin çəkilişi işləri tam yekunlaşıb. Kəlbəcər rayonunda 2024-cü il ərzində yeni 110/35 kV-luq 2x25 MVA gücündə “Şəhər” yarımstansiyasının tikintisi və mövcud 110 kV-luq şəbəkə ilə əlaqələndirilməsi, 110/35/10 kV-luq "Qamışlı" yarımstansiyasından çıxan 110 kV-luq mövcud hava xəttinin Kəlbəcər şəhəri ərazisindən İstisuya qədər olan hissəsinin 110 kV-luq iki dövrəli hava xətti ilə yenidən qurulması və Şəhərsalma planına əsasən rayonun Zallar, Yanşaq, Zar kəndlərinin elektrik enerjisi ilə təmin olunması üçün 35 kV-luq elektrik verilişi xətlərinin çəkilməsi nəzərdə tutulur.

Laçında rayonunda da böyük ölçüdə işlər görülüb. Hazırda Qorçu və Tiğik istiqamətində elektrik şəbəkələri yenilənir. Laçın şəhəri daxilində yeraltı xətlərin çəkilişi davam edir. Rayonun Şəlvə, Malıbəyli, Qaragöl, Cağazur və Minkənd kəndlərində yerləşən mühüm obyektlərin elektrik enerjisi ilə təmin olunması üçün 35 kV-luq elektrik verilişi xətlərinin çəkilişi işləri tam yekunlaşıb. Hazırda Tiğik kəndinin elektrik enerjisi ilə təmin olunması üçün 35 kV-luq hava xəttinin çəkilişi davam edir. Laçın rayonunda 2024-cü il ərzində şəhər ərazisində yeni 35 kV-luq, Minkənd ərazisində 1 ədəd 35 kV-luq yarımstansiyaların tikintisi, bu yarımstansiyalar istiqamətində 35 kV-luq ÖİN xəttinin çəkilməsi və Şəhərsalma Planına əsasən rayonun Güləbird, Şəlvə, Qorçu qəsəbəsinin elektrik enerjisi ilə təmin olunması üçün 35 kV-luq elektrik verilişi xətlərinin çəkilməsi nəzərdə tutulur.

Ümumilikdə, görülən işlərin yekununda Kəlbəcərlə Laçın rayonlarının elektrik şəbəkələrini biləşdirən dairəvi elektrik təchizat sxemi yaradılacaq.

Qeyd edək ki, “Azərişıq” ASC elektrik təsərrüfatının yenidən qurulması ilə bağlı işləri ölkənin bütün regionlarında paralel olaraq davam etdirir.

Paylaş:
260

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər