Bakıda avtomobil təmiri sexi yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda avtomobil təmiri sexi yanıb

15:42 - 10 / 01 / 2024
Bakıda avtomobil təmiri sexi yanıb

Bakı şəhərinin Binəqədi rayonunda avtomobil təmiri sexində yanğın olub.

FHN-dən 1news.az-a verilən xəbərə görə, bir dam altında tikilən, ümumi sahəsi 1800 m² olan avtomobil təmiri sexinin (anbar və 7 ədəd boksdan ibarətdir) 2 boksunun yanar konstruksiyaları 144 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
223

Son xəbərlər

Bütün xəbərlər