Bakı Konqres Mərkəzi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Konqres Mərkəzi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edəcək

Qafar Ağayev16:29 - 10 / 01 / 2024
Bakı Konqres Mərkəzi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edəcək

Maliyyə Nazirliyinin tabeliyindəki Bakı Konqres Mərkəzi Banqkokda keçirilən 62-ci Beynəlxalq Konqres və Konvensiya Assosiasiyası (ICCA) Konqresində namizədliyini irəli sürdüyü “ICCA Venue Business Workshop International 2024”-ün qalibi olub.

1news.az xəbər verir ki, Bakı Konqres Mərkəzi 3-5 oktyabr 2024-cü il tarixlərində Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının dünyanın müxtəlif ölkələrindən olan 15-ə yaxın üzvünü və onların müştərilərini bir araya gətirəcək beynəlxalq tədbirə ev sahibliyi edəcək. Tədbir çərçivəsində 121 işgüzar görüşün keçirilməsi nəzərdə tutulur.

ICCA dünyanın 100-ə yaxın ölkə və regionunda 1100-dən çox üzvü ilə beynəlxalq görüşlər və tədbirlərin idarə edilməsi və keçirilməsində aparıcı çətir təşkilatlarından biridir. Assosiasiya üzvləri arasında əməkdaşlığı və ünsiyyəti artırmaqla şəbəkələşmə, bilik mübadiləsi və biznesin inkişafı üçün əvəzolunmaz bir platforma rolu oynayır.

Qeyd edək ki, Assosiasiya tərəfindən təşkil edilən “ICCA Venue Business Workshop International” dünyanın hər yerindən peşəkarları, qərar qəbul etməkdə həlledici rolu olan şəxsləri və düşüncə liderlərini bir araya gətirən qlobal görüşlər sahəsində əlamətdar tədbirdir.

Bakı Konqres Mərkəzinin direktoru Ramin Qazızadə bildirib ki, Mərkəzin bu əhəmiyyətli tədbirin keçiriləcəyi məkan kimi seçilməsi, ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində özünə yetərincə müsbət imic qazandığının göstəricisidir. O qeyd edib ki, vörkşop tədbirlərin keçirilməsi üçün böyük əhəmiyyət kəsb edir, iştirakçılara bu sahənin qabaqcıl şəxsləri ilə əlaqə yaratmaq, fikir mübadiləsi aparmaq və yeni tendensiyaları araşdırmaq üçün fürsət yaradır.

Paylaş:
488

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər