Masallıda keçmiş məhkumlardan 1 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallıda keçmiş məhkumlardan 1 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

17:27 - 10 / 01 / 2024
Masallıda keçmiş məhkumlardan 1 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Masallı rayonunda keçmiş məhkumlardan 1 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş E.Rzayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan yarım kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.

Şöbə əməkdaşlarının Masallı şəhəri ərazisində keçirdikləri digər əməliyyat zamanı isə rayon sakini, əvvəllər məhkum olunmuş C.Talıbov saxlanılıb. Həmin şəxsdən 435 qram marixuana aşkarlanıb.

Faktlarla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Paylaş:
388

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər