Yağış, külək - Faktiki hava açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Yağış, külək - Faktiki hava açıqlandı

09:28 - 10 / 01 / 2024
Yağış, külək - Faktiki hava açıqlandı

Saat 9-a olan məlumata görə, ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30-33 m/s, Şirvan, Beyləqan, Neftçalada 20 m/s, Yardımlı, Şəkidə 18 m/s, Mingəçevir, Şabran, Ağdamda 16 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4.8 metrə çatıb.

Qar örtüyünün hündürlüyü: Sarıbaş (Qax), Quba, Ordubadda 1 sm olub.

Düşən yağıntının miqdarı: Sarıbaş (Qax), Lənkəran, Astarada 5 mm, Sədərəkdə 4 mm, Şahbuz, Ordubadda 3 mm, Şəki, Quba, Qusarda 2 mm, Neftçala, Göytəpə, Yardımlı, Kəlvəz, Şirvan, Qəbələ, Balakən, Ceyrançöl, Zaqatala, Oğuz, Qobustan, Xaltan, Şabran, Şərur, Naxçıvan və Abşeron yarımadasının bəzi yerlərində 1 mm-dək olub.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Aran rayonlarında 4 dərəcəyədək isti, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta olub.

Gülşad Məmmədovanın sözlərinə görə, ölkə ərazisində müşahidə olunan güclü külək yanvarın 10-u gündüz saatlarından zəifləyəcək. Yağıntılı hava şəraiti isə 12-dək fasilələrlə davam edəcək.

Paylaş:
250

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər