Nərimanovda rabitə naqili kəsilib oğurlanıb, saxlanılan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Nərimanovda rabitə naqili kəsilib oğurlanıb, saxlanılan var

10:52 - 11 / 01 / 2024
Nərimanovda rabitə naqili kəsilib oğurlanıb, saxlanılan var

Yanvarın 9-da Nərimanov rayonu ərazisində rabitə naqilinin kəsilərək oğurlanması barədə polisə məlumat daxil olub.

DİN mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Gözəlov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

Paylaş:
183

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər