Yeni salınacaq Füzuli Mərkəzi Parkının ərazisində aparılan təmizlik işləri zamanı mövcud ağacların qorunması təmin edilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeni salınacaq Füzuli Mərkəzi Parkının ərazisində aparılan təmizlik işləri zamanı mövcud ağacların qorunması təmin edilir - FOTO

Qafar Ağayev15:32 - 12 / 01 / 2024
Yeni salınacaq Füzuli Mərkəzi Parkının ərazisində aparılan təmizlik işləri zamanı mövcud ağacların qorunması təmin edilir - FOTO

Qarabağ Dirçəliş Fondunun sifarişi əsasında Füzuli şəhərində salınacaq Mərkəzi Parkın ərazisinin tikili qalıqlarından və digər tullantılardan təmizlənməsi və ərazinin müvəqqəti hasara alınması işləri davam etdirilir.

1news.az xəbər verir ki, görülən işlər zamanı ərazidə mövcud olan ağacların qorunmasına da xüsusi diqqət yetirilir. Belə ki, “Yaşıllıqların mühafizəsi haqqında” qanunun tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Parkın salınacağı ərazidə monitorinq keçirilib.

Monitorinqin nəticəsi ilə bağlı verilən müvafiq rəyə uyğun olaraq Qarabağ Dirçəliş Fondunun təşəbbüsü ilə Fondun əməkdaşlarının, Parkın tikintisi üçün layihə-smeta sənədlərini hazırlayan “By Medgalchi” şirkətinin cəlb etdiyi ekspertlərin və təmizlik işlərinin icraçısı olan “RAMCO” QSC şirkətinin müvafiq əməkdaşlarının iştirakı ilə ərazidə aparılan növbəti monitorinqlər zamanı saxlanılması tələb olunan 80-dən çox ağac müəyyənləşdirilib və onların qorunması üçün müvafiq işlər görülüb.

Ərazidə olan Dağdağan, Göyrüş, Zoğal, Fındıq, Sofora, Ağcaqayın, Qoz, o cümlədən Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına düşmüş Şərq Çinarı, Əncir və Nar ağacları xüsusi nəzarətə götürülərək işarələndikdən sonra ətrafı hasara alınıb və onlara zəruri aqrotexniki qulluğun göstərilməsi qərara alınıb.

Qeyd edək ki, Füzuli şəhərinin yeni Baş plan layihəsinə əsasən, orada məskunlaşacaq əhalinin kütləvi istirahətinə olan tələbatını nəzərə alaraq 22,47 hektar ərazidə Mərkəzi Parkın salınması nəzərdə tutulur.

Park şəhər sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsinə imkan yaradan məkana çevrilməklə yanaşı, sağlam və təbii ekoloji mühitin yaranmasına və qorunub saxlanmasına da şərait yaradacaq.

Parkın salınması zamanı nəzərə alınacaq müasirliyin və milli-mədəni irsin vəhdəti Füzuli şəhərinin daha da gözəlləşməsinə xidmət etməklə yanaşı, bölgənin ekoloji tarazlığının bərpasına da böyük töhfə verəcək. Burada istirahət zonaları, multifunksional açıq yaşıllıq sahələri, iaşə zonaları, piknik və idman məqsədilə istifadə ediləcək zonalar, qaçış üçün cığırlar, velosiped yolları, amfiteatr və digər obyektlərin yaradılması nəzərdə tutulub.

Layihə ilə daha ətraflı Qarabağ Dirçəliş Fondunun rəsmi saytının “Layihələr” bölməsində tanış ola bilərsiniz.

Paylaş:
275

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər