“The Ritz-Carlton” Bakı Mişelin ulduzlu restoran “Daalder”in şefi Dennis Huvae ilə “The Signature Journey” proqramını təqdim edir - FOTO
The Ritz-Carlton, Baku 2024-cü il ərzində davam edəcək 'The Signature Journey' proqramını məmnuniyyətlə təqdim edir.
Bu proqram çərçivəsində dünya üzrə məşhur sənətkarlar unikal və dünyagörüşü zəngin edəcək təcrübələri yaratmaq məqsədi ilə ölkəmizə dəvət olunacaq. Mişelin ulduzlu şeflər ilə kulinariya səyahətindən, imzalı barlardan tanınmış və yüksək mükafata layiq görülmüş barmenlərdən, həyat harmoniyasını nümayiş etdirən sağlamlıq qurularına qədər 'The Signature Journey' fərdi kəşflər üçün bir dəvətdir.
The Ritz-Carlton bu proqramın açılışı olaraq, ilkin mərhələdə Amsterdamın Mişelin ulduzlu Daalder restoranının şefi Dennis Huwaëni 16-18 fevral tarixlərində Bakıda qonaq edəcək. Öz imza səyahətini ölkəmizin sakinləri ilə bölüşmək üçün salamlama qəbuldan, kulinariya master-klassından dəbdəbəli yemək təcrübələrinə qədər fəaliyyət proqramını başlamağa hazırdır.
Şef Dennis Huwaë Moluccan adalardan kökləri olan Hollandiyalı ulduz aşpazdır. Dennis hər yeməyi ilə bizə hekayə danışır və sizi öz kulinariya səyahətinə aparır, kreativ və innovativ dad menyusu ilə sizi təəccübləndirir ki, yalnız dadın ləzzətini deyil, həm də vizual tamaşanı görə biləcəksiniz. Asiyaya çoxsaylı səyahətləri zamanında şef Dennis küçə yeməklərinə həvəs göstərdi. Bu ləzzətlər, Moluccan kökləri ilə birləşərək, Huwaë-ni Mişelin ulduzu şeflərin arasında unikal edən kulinariya yaradıcılığına ilham verir.
Bizimlə olan səyahəti qonaqlarla tanış olmağın intizamı ilə və eksklüziv kulinariya master-klassı ilə başlayır. Növbəti gün, SAVALAN şərabları ilə birləşdirilmiş xüsusi imzalı yeməklərdən ibarət hazırlanan 6 kurslu menyu ilə proqram davam edir. 'The Signature Journey'nin ilk mərhələsi başa çatdıqdan sonra, otelin öz Tribeca restoranının unikal yeməkləri ilə yanaşı, şef Dennisin diqqət çəkən əsərlərindən ibarət bazar günü branç yeməyi təqdim olunacaq.
'The Signature Journey' Azərbaycanın ən məşhur və bir çox beynəlxalq mükafatlara laiq görülən şərab istehsalçılarından biri olan "SAVALAN-ASPI Winery" şirkəti ilə əməkdaşlıq çərçivəsində keçirilir. Şirkət Böyük Qafqazın ətəklərində, Savalan vadisində şərabçılıq sənətini yenidən canlandırır. "SAVALAN" şərabları İtalyan şərabçılığının adət-ənənələrinin təcrübəsini və unikal Azərbaycan teruarını özündə əks etdirir.
Əlavə məlumat və rezervasiya üçün elektron ünvanımlza yaza bilərsiniz [email protected].
The Ritz-Carlton Hotel Company, LLC haqqında
The Ritz-Carlton Hotel Company, L.L.C. hazırda 35 ölkədə və ərazidə 110-dan çox otelləri fəaliyyət göstərir. Ətraflı məlumat və ya rezervasiyalar üçün www.ritzcarlton.com veb saytına daxil olun, ən son xəbərlər üçün news.marriott.com saytına daxil olaraq və canlı söhbətə qoşulun, #RCMemories-dən istifadə edin və on Facebook, Twitter və Instagram-da bizi izləyin. The Ritz-Carlton Hotel Company, L.L.C. Marriott International, Inc.-in (NASDAQ:MAR) bütövlükdə tərkib şirkətidir. Ritz-Carlton, Marriott International qlobal səyahət proqramı olan Marriott Bonvoy®-da iştirak etməkdən qürur duyur. Proqram üzvlərə qlobal brendlərdən ibarət qeyri-adi portfel, Marriott Bonvoy Moments-da eksklüziv təcrübələr, ödənişsiz gecələr və Elit statusunun tanınması da daxil olmaqla misilsiz üstünlüklər təklif edir. Ödənişsiz qeydiyyatdan keçmək və proqram haqqında ətraflı məlumat üçün marriottbonvoy.com saytına daxil olun.
Reklam hüququnda