Binəqədidə bir nəfərə xəsarət yetirilib, saxlanılan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədidə bir nəfərə xəsarət yetirilib, saxlanılan var

Qafar Ağayev11:07 - 12 / 01 / 2024
Binəqədidə bir nəfərə xəsarət yetirilib, saxlanılan var

Yanvarın 11-də saat 21 radələrində Binəqədi qəsəbəsi ərazisində bir nəfərə kəsilmiş-deşilmiş xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, həmin şəxs xəstəxanaya yerləşdirilib.

Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Elşən Quliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
243

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər