​​​​​​​Müdafiə sənayesi nazirinə yeni müavin təyin olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

​​​​​​​Müdafiə sənayesi nazirinə yeni müavin təyin olunub

10:54 - 13 / 01 / 2024
​​​​​​​Müdafiə sənayesi nazirinə yeni müavin təyin olunub

Müdafiə sənayesi nazirinə yeni müavin təyin olunub.

1news.az-ın “Report”a istinadən əldə etdiyi məlumata görə, müvafiq əmrlə Hidayət Əzimov müavin vəzifəsinə təyinat alıb.

Faktı Müdafiə Sənayesi Nazirliyinin mətbuat katibi Yaşar İsakov təsdiqləyib.

Qeyd edək ki, 1985-ci ildə Bakıda anadan olan H.Əzimov 2001-2005-ci illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. 2005-2007-ci illərdə magistr dərəcəsinə yiyələnib.

2006-2007-ci illərdə yerli hüquq şirkətlərinin birində hüquqşünas vəzifəsində fəaliyyət göstərib. 2007-2018-ci illərdə “Atəşgah” Sığorta Şirkətində hüquqşünas, şöbə müdiri və İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışıb. 2018-2022-ci illərdə ölkədə fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit və konsaltinq şirkətlərindən olan “Ernst & Young CIS B.V” şirkətində hüquq xidmətlərinin rəhbəri vəzifəsində çalışıb.

Bu vəzifəyə təyin olunmazdan əvvəl Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

2018-ci ildən etibarən Vəkillər Kollegiyasının üzvüdür.

Paylaş:
326

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər