Prezidentliyə namizədlərin ödənişsiz efir vaxtının bölgüsü üçün püşkatma keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Prezidentliyə namizədlərin ödənişsiz efir vaxtının bölgüsü üçün püşkatma keçirilib

Qafar Ağayev14:47 - 15 / 01 / 2024
Prezidentliyə namizədlərin ödənişsiz efir vaxtının bölgüsü üçün püşkatma keçirilib

Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilib.

1news.az APA-ya istinadən xəbər verir ki, MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq namizədlər üçün saat 22:00-da İctimai Televiziyada hər dəfə 1 saat olmaqla həftədə 3 dəfə (bazar ertəsi, çərşənbə və cümə günləri) debat təşkil olunacaq, həftədə 3 saat isə İctimai Radioda debatlar keçiriləcək və saat 19:00-da başlayacaq.

Paylaş:
376

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər