Həftə sonu vətəndaşlardan 25 silah və 3 qumbara götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Həftə sonu vətəndaşlardan 25 silah və 3 qumbara götürülüb

09:52 - 15 / 01 / 2024
Həftə sonu vətəndaşlardan 25 silah və 3 qumbara götürülüb

Polis əməkdaşları həftə sonu vətəndaşlardan 25 silah və 3 qumbara götürüb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 13-14 yanvar tarixlərində polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 ədəd avtomat silahı, 3 qumbara, 21 ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və 242 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Paylaş:
237

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər