Bakıda partlayış nəticəsində ölənlərdən biri Gürcüstan vətəndaşıdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda partlayış nəticəsində ölənlərdən biri Gürcüstan vətəndaşıdır

13:04 - 16 / 01 / 2024
Bakıda partlayış nəticəsində ölənlərdən biri Gürcüstan vətəndaşıdır

Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə partlayış baş verib. Hadisə zamanı 7 nəfər həlak olub.

1news.az "Unikal"a istinadən xəbər verir ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb.

Həyatını itirən şəxslərdən biri, 35 yaşlı Bolnisi bələdiyyəsinin Naxiduri (Arıxlı) kənd sakini Sərrac Yusubovdur.

Paylaş:
154

Son xəbərlər

Bütün xəbərlər