ADY həftəsonu bölgələrə daşınan sərnişinlərin sayını açıqlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

ADY həftəsonu bölgələrə daşınan sərnişinlərin sayını açıqlayıb

13:18 - 16 / 01 / 2024
ADY həftəsonu bölgələrə daşınan sərnişinlərin sayını açıqlayıb

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) həftəsonu 19 mindən çox sərnişini rahat və təhlükəsiz mənzilbaşına çatdırıb.

1news.az bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, Abşeron dairəvi dəmir yolu xətti üzrə 16 778 sərnişin, Bakı-Ağstafa-Bakı üzrə 1 679 sərnişin, Bakı-Qəbələ-Bakı marşrutu üzrə isə 564 sərnişin səfər edib.

Həmçinin 13-14 yanvar tarixlərində ADY-nin 24/7 fəaliyyət göstərən Əlaqə Mərkəzi tərəfindən 1 706 müraciət cavablandırılıb.

Paylaş:
285

Son xəbərlər

Bütün xəbərlər