AQTA-nın sertifikatı heyvan sağlamlığı göstəricilərinə uyğunluğu da təsdiq edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

AQTA-nın sertifikatı heyvan sağlamlığı göstəricilərinə uyğunluğu da təsdiq edəcək

16:26 - 16 / 01 / 2024
AQTA-nın sertifikatı heyvan sağlamlığı göstəricilərinə uyğunluğu da təsdiq edəcək

Nazirlər Kabineti 4 dekabr 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının aparılması Qaydaları”nda dəyişiklik edib.

1news.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) verdiyi sağlamlıq sertifikatı qida məhsulunun qida təhlükəsizliyi göstəriciləri ilə yanaşı, heyvan mənşəli məhsullar üçün heyvan sağlamlığı göstəricilərinə uyğunluğunu da təsdiq edəcək.

Paylaş:
202

Son xəbərlər

Bütün xəbərlər