Şeyxülislam Gürcüstan müsəlmanlarından ibarət nümayəndə heyətini qəbul edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şeyxülislam Gürcüstan müsəlmanlarından ibarət nümayəndə heyətini qəbul edib

17:11 - 16 / 01 / 2024
Şeyxülislam Gürcüstan müsəlmanlarından ibarət nümayəndə heyətini qəbul edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Gürcüstan Müsəlmanları İdarəsinin rəhbəri və Ali dini şurasının sədri, Şeyx Faiq Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə 1news.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, QMİ sədri Azərbaycanla Gürcüstan arasında əlaqələrin tarixən dostluq və mehriban qonşuluq münasibətləri əsasında formalaşdığını vurğulayaraq bu gün hər iki dövlət başçısının siyasi iradəsi ilə bu münasibətlərin daha da inkişaf etdiyini diqqətə çatdırıb. Gürcüstan Müsəlmanları İdarəsinin yeni rəhbərliyinin bu əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə inandığını bildirib.

Gürcüstanda yaşayan soydaşlarımızın problemlərini daim diqqətə saxladığını bildirən Şeyxülislam onların rahat şəkildə ibadətlərini və dini ayinlərini həyata keçirmək üçün kitablar çap olunduğunu qeyd edib, mənəvi dəstəyin bundan sonra da davam edəcəyini vurğulayıb.

Azərbaycana səfərə dəvət etdiyinə görə Şeyxülislam Allahşükür Paşazadəyə minnətdarlıq bildirən Gürcüstan Müsəlmanları İdarəsinin rəhbəri və Ali dini şurasının sədri, Şeyx Faiq Nəbiyev dövlət suverenliyini və ərazi bütövlüyünü təmin etməsi münasibəti ilə Azərbaycan xalqına təbriklərini çatdırıb. Faiq Nəbiyevin sözlərinə görə, Gürcüstanda yaşayan müsəlmanlar Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyətini diqqətlə izləyir və regionda sülhü davamlı olması üçün atdığı addımları dəstəkləyir.

Qonaq bildirib ki, rəhbərlik etdiyi qurum iki dost və mehriban qonşu ölkələrdə yaşayan dindarlar arasında əlaqələrin daha da inkişafına maraqlıdır, bunun üçün səy göstərməyə hazırdır. Bu məsələdə Şeyxülislam Allahşükür Paşazadə kimi təcrübəli və nüfuzlu dini liderin məsləhətlərindən daim istifadə olunacaq.

Söhbət zamanı iki qurum arasında əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, nümayəndə heyətinə xatirə hədiyyələri təqdim edilib.

QMİ-nin Gürcüstandakı səlahiyyətli nümayəndələri Mamed Şamilov və Sabir Musayev görüşdə iştirak ediblər.

Paylaş:
274

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər