TƏBİB Bakıda sexdəki partlayışda xəsarət alanların vəziyyətini açıqlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB Bakıda sexdəki partlayışda xəsarət alanların vəziyyətini açıqlayıb

10:49 - 16 / 01 / 2024
TƏBİB Bakıda sexdəki partlayışda xəsarət alanların vəziyyətini açıqlayıb

Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 16 nəfərin müalicəsi davam etdirilir.

1news.az xəbər verir ki, TƏBİB-dən bildirilib ki, hazırda Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicə alan 12 nəfərdən 3-nün vəziyyəti ağır stabil, digərlərinin vəziyyətləri isə orta ağır olaraq qalır.

"Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrində isə 4 nəfərin müalicəsi davam etdirilir. Onlardan 1-nin vəziyyəti ağır stabil, digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir", - məlumatda deyilir.

Paylaş:
207

Son xəbərlər

Bütün xəbərlər