Bakı, Abşeron və Sumqayıtın bir hissəsində su kəsiləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı, Abşeron və Sumqayıtın bir hissəsində su kəsiləcək

11:05 - 16 / 01 / 2024
Bakı, Abşeron və Sumqayıtın bir hissəsində su kəsiləcək

Magistral su kəmərində aparılan təmir işlərilə əlaqədar Bakı şəhərinin Sabunçu rayonunun bir hissəsinə, Abşeron rayonunun bir hissəsinə və Sumqayıt şəhərinin Bağlar ərazisinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.

1news.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.

Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.

Paylaş:
189

Son xəbərlər

Bütün xəbərlər