Müharibə veteranlarına verilən müavinət artırılacaq? - Nazir müavinindən AÇIQLAMA
“Müharibə veteranlarına verilən aylıq müavinətin məbləğinin artırılması müzakirə edilə bilər”.
1news.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev nazirliyin ötənilki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.
O qeyd edib ki, müharibə veteranları üçün aylıq 80 manat müavinət təyin edilib: "Həmin təbəqə üçün müəyyən edilmiş proqram çərcivəsində növbəti mərhələlərdə bu məbləğin artırılması müzakirə oluna bilər".
Nazir müavini deyib ki, hazırda müharibə əlillərinin işlə təmin olunması istiqamətində işlər görülür.
282