“Azercell”in “Qızlara ağ yaraşır” layihəsi ilin idman mükafatlarına layiq görüldü
“Azercell”in Azərbaycan Cüdo Federasiyası ilə birlikdə ərsəyə gətirdiyi "Qızlara ağ yaraşır" sosial kampaniyası Milli Olimpiya Komitəsi tərəfindən “İlin ən yaradıcı layihəsi” seçildi.
Layihəyə Milli Olimpiya Komitəsinin Azərbaycanda idmanın inkişafına töhfə verən təşkilatlar üçün ilk dəfə təsis etdiyi mükafat təqdim edildi.
Sosial kampaniya həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən də mükafatlandırıldı. “Qızlara ağ yaraşır” layihəsi nazirliyin 2023-cü ilin idman yekunlarına həsr olunmuş qala mərasimində “İlin ən yaxşı idman filmi” kateqoriyası üzrə ikinci oldu. Qeyd edək ki, “Azercell” və Azərbaycan Cüdo Federasiyasının birlikdə imza atdığı bu sosial kampaniyanın əsas məqsədi qızları cüdo ilə məşğul olmağa həvəsləndirərək onları sağlam və fəal həyat tərzi yaşamağa təşviq etmək, həmçinin erkən nikahlara qarşı mübarizə aparmaq idi.Kampaniya çərçivəsində Azərbaycan Cüdo Federasiyasının məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçən 7-14 yaşlı ilk 1000 qıza cüdoqi və 1 ay ödənişsiz məşq hədiyyə olunub.
“Qızlara ağ yaraşır” layihəsi haqqında ətraflı məlumat əldə etmək üçün:
Reklam hüququnda