COVID-19-la mübarizə aparan tibb işçilərinin maaşlarına əlavənin müddəti artırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

COVID-19-la mübarizə aparan tibb işçilərinin maaşlarına əlavənin müddəti artırılıb

Qafar Ağayev10:02 - 17 / 01 / 2024
COVID-19-la mübarizə aparan tibb işçilərinin maaşlarına əlavənin müddəti artırılıb

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əmək haqlarına edilən əlavənin müddəti uzadılıb.

1news.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, bu müddət aprelin 2-dək uzadılıb.

Qeyd edək ki, əvvəl bu müddət yanvarın 2-dək nəzərdə tutulmUşdu.

Paylaş:
306

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər