Tapdığı “Kalaşnikov”u polisə könüllü verməyən şəxs saxlanıldı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Tapdığı “Kalaşnikov”u polisə könüllü verməyən şəxs saxlanıldı - VİDEO

Qafar Ağayev11:15 - 17 / 01 / 2024
Tapdığı “Kalaşnikov”u polisə könüllü verməyən şəxs saxlanıldı - VİDEO

Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları həyata keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Rasim Xasməmmədovu üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirdiyi üçün saxlayıb.

Bu barədə 1news.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 10 ədəd patron, 1 ədəd patron darağı və şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin aşkar edilib. R.Xasməmmədov silah-sursatı bir müddət əvvəl əldə etdiyini və polisə könüllü təhvil vermək yerinə satmaq üçün özündə saxladığını bildirib.

Araşdırmalar davam etdirilir.

Paylaş:
348

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər