Naxçıvan gömrükçüləri aksiz markası olmayan külli miqdarda tütün məmulatları aşkar etdilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvan gömrükçüləri aksiz markası olmayan külli miqdarda tütün məmulatları aşkar etdilər

Qafar Ağayev14:32 - 18 / 01 / 2024
Naxçıvan gömrükçüləri aksiz markası olmayan külli miqdarda tütün məmulatları aşkar etdilər

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlayıb.

Dövlət Gömrük Komitəsindən 1news.az-a verilən məlumata görə, Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında Kəngərli rayonunun Qıvraq kəndində yaşayan Azərbaycan Respublikası vətəndaşına məxsus ticarət mağazasından və həyətyanı sahədə olan tikilidən 1860 qutu (37200 ədəd) “Milano London”, 1400 qutu (28000 ədəd) “Milano New York” adlı aksiz markası ilə markalanmayan siqaretlər aşkar edilərək götürülüb.

Paylaş:
433

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər