Azercell-in dəstəklədiyi məktəblilər İnformatika üzrə beynəlxalq bilik yarışmasında uğurla çıxış ediblər | 1news.az | Xəbərlər
Cəmiyyət

Azercell-in dəstəklədiyi məktəblilər İnformatika üzrə beynəlxalq bilik yarışmasında uğurla çıxış ediblər

17:05 - 18 / 01 / 2024
Azercell-in dəstəklədiyi məktəblilər İnformatika üzrə beynəlxalq bilik yarışmasında uğurla çıxış ediblər

Komandamız 20-ci Beynəlxalq Jautıkov olimpiadasında 4 medal qazanıb.

Azercell-in dəstəyi ilə beynəlxalq informatika olimpiadalarına və müsabiqələrə hazırlaşan və iştirak edən məktəblilərimiz növbəti dəfə uğurlu nəticələr əldə ediblər. 8-14 yanvar 2024-cü il tarixlərində Qazaxıstan Respublikasında təşkil edilən 20-ci Beynəlxalq Jautıkov olimpiadasında onlayn formada qoşulan şagirdlərimiz 2 gümüş və 2 bürünc medal olmaqla ümumilikdə 4 medal qazanıblar. Belə ki, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fuad Qarayev və Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli gümüş medala, Ankara məktəb-liseyinin 10-cu sinif şagirdi Əli Əliyev və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Raul Cəfərli isə bürünc medala layiq görülüblər. Qeyd edək ki, olimpiadada dünyanın 16 ölkəsindən 700 məktəbli iştirak edib.

2017-ci ildən etibarən “Azercell Telekom”-un Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində Təhsil İnstitutu tərəfindən məktəblilərimizin beynəlxalq informatika fənni üzrə yarışlara hazırlıq prosesi təşkil olunur. Ölkəmizi müxtəlif miqyaslı beynəlxalq elm müsabiqələrində uğurla təmsil edən olimpiadaçılarımız 3 qızıl, 16 gümüş və 39 bürünc olmaqla ümumilikdə 58 medal əldə ediblər.

Reklam hüququnda

Paylaş:
254

Son xəbərlər

“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18
Bütün xəbərlər