Qarabağda “Opel” oğurlandı, saxlanılan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağda “Opel” oğurlandı, saxlanılan var

Qafar Ağayev10:40 - 18 / 01 / 2024
Qarabağda “Opel” oğurlandı, saxlanılan var

Yanvarın 16-da saat 23 radələrində Sahil qəsəbəsi ərazisindən “Opel” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

DİN mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə avtomobil qəsəbə ərazisində tapılıb.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ümid qəsəbə sakini Salik Qurbanov müəyyən olunaraq saxlanılıb.

Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Paylaş:
366

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər