Yeni Bakı-Sumqayıt ekspres marşrut xəttinin tarifləri bəlli oldu - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeni Bakı-Sumqayıt ekspres marşrut xəttinin tarifləri bəlli oldu - YENİLƏNİB

Qafar Ağayev16:14 - 19 / 01 / 2024
Yeni Bakı-Sumqayıt ekspres marşrut xəttinin tarifləri bəlli oldu - YENİLƏNİB

Yanvarın 21-dən Bakı - Sumqayıt istiqamətində yeni marşrut xətti fəaliyyətə başlayacaq.

1news.az xəbər verir ki, bu barədə “Baku Bus” MMC-nin "Instagram" səhifəsində məlumat yayılıb.

Məlumatda qeyd olunub ki, ekspres marşrut xətti Bakı Avtovağzalından Sumqayıt Avtovağzalına və əks istiqamətə olacaq.

Marşrut xəttinin dayanacaqları: Bakı Beynəlxalq Avtovağzal Kompleksi, “Avtovağzal” m/st, Ceyranbatan qəsəbəsi, Sumqayıt dairəsi, Bağçalı evlər yaşayış kompleksi, Sumqayıt avtovağzalı olacaq. Gün ərzində interval 11 dəqiqə, pik saatlarda isə 7-8 dəqiqə olacaq. Səhər Sumqayıtdan ilk çıxış 5:50, Bakıdan 6:30, axşam Bakıdan son çıxış 23:00, Sumqayıtdan son çıxış 22:20-də olacaq. Gediş haqqi 80 qəpik təşkil edəcək.

Qeyd edək ki, hər biri 48 oturacaqdan ibarət olan avtobuslarda sərnişinlərin yüklərini yerləşdirə bilmələri üçün baqaj bölməsi də mövcuddur.

***

14:31

“BakuBus” MMC yanvarın 21-dən Bakı-Sumqayıt marşrut xətti üzrə fəaliyyətə başlayacaq.

1news.az xəbər verir ki, bu barədə “Baku Bus” MMC-in mətbuat katibi Əsmər Əliyeva məlumat verib.

Məlumata görə, ekspres marşrut xətti Bakı Avtovağzalından Sumqayıt Avtovağzalına və əks istiqamətə olacaq. Bu xəttə buraxılacaq avtobuslar komfortlu nəqliyyat vasitəsi hesab olunur.

Hər biri 48 oturacaqdan ibarət olan avtobuslarda sərnişinlərin yüklərini yerləşdirə bilmələri üçün baqaj bölməsi də mövcuddur

Paylaş:
10367

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər