Ombudsman Aparatının kollektivi Şəhidlər xiyabanını ziyarət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ombudsman Aparatının kollektivi Şəhidlər xiyabanını ziyarət edib

14:20 - 20 / 01 / 2024
Ombudsman Aparatının kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Yanvarın 20-də Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva və Ombudsman Aparatının kollektivi 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Ombudsman Aparatının mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, ölkəmizin azadlığı uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarları önünə tər güllər düzülüb.

Paylaş:
491

Son xəbərlər

Bütün xəbərlər