Xankəndi şəhəri ərazisində xeyli silah-sursat tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xankəndi şəhəri ərazisində xeyli silah-sursat tapılıb

11:01 - 20 / 01 / 2024
Xankəndi şəhəri ərazisində xeyli silah-sursat tapılıb

İşğaldan azad olunan Xankəndi şəhəri ərazisində silah-sursat tapılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 19-da Xankəndi şəhəri ərazisində 6 ədəd müxtəlif markalı avtomat silahı, 10 ədəd tüfəng, 9 ədəd qumbara, 2 ədəd patron darağı, 2091 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Paylaş:
1090

Son xəbərlər

Bütün xəbərlər