“Ölü” zonalarda keyfiyyətli radio siqnalların qəbulu mümkün olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

“Ölü” zonalarda keyfiyyətli radio siqnalların qəbulu mümkün olacaq

Qafar Ağayev16:26 - 22 / 01 / 2024
“Ölü” zonalarda keyfiyyətli radio siqnalların qəbulu mümkün olacaq

“Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2023-cü il tarixli Sərəncamının icrası istiqamətində “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi tərəfindən işlər davam etdirilir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən 1news.az-a verilən xəbərə görə, ötən dövrdə bütün ölkə üzrə əsas Radio-Televiziya Yayım Stansiyalarından FM radio yayımların genişləndirilməsi üçün texniki planlama aparılıb və yayım avadanlıqlarının istehsalçıları ilə müqavilələr bağlanılıb. Artıq bir qisim avadanlıqlar çatdırılıb və onların stansiyalarda quraşdırılmasına başlanılıb. Yaxın aylarda bütün avadanlıqların çatdırılması və quraşdırma işlərinin 2024-cü ilin ilk yarısınadək başa çatdırılması nəzərdə tutulur.

Sözügedən Sərəncamın icrası nəticəsində yayım infrastrukturunda təkmilləşdirmə işləri aparılmaqla ölkə ərazisində radioyayımların dayanıqlığı və keyfiyyəti yüksələcək. Eləcə də bölgələrdə yayımlanan radioproqramların sayı əhəmiyyətli dərəcədə artacaq. Bu isə öz növbəsində bütün ölkə əhalisinin yerli radioproqramlara əlçatanlığının artması ilə nəticələnəcək. Həmçinin əvvəlki illərdə FM radio yayımı üzrə aparılan radiomonitorinqlər zamanı aşkarlanan “ölü” zonalarda keyfiyyətli radio siqnalların qəbulu mümkün olacaq.

Qeyd edək ki, televiziya yayımı üzrə ötən il aparılan radiomonitorinqlərin nəticələri əsasında Bakı Teleqüllə Kompleksində istismar olunan texniki yayım vasitələrində tənzimləmə işləri aparılmaqla və digər zəruri texniki tədbirlər görülməklə Bakı şəhəri və Abşeron yarımadası ərazisində televiziya yayımlarının keyfiyyətinin daha da artırılması təmin edilib.

Paylaş:
265

Son xəbərlər

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09
Bütün xəbərlər