DİN ötən gün könüllü təhvil verilən və qanunsuz saxlanılan silah-sursatın sayını açıqlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN ötən gün könüllü təhvil verilən və qanunsuz saxlanılan silah-sursatın sayını açıqlayıb

11:16 - 22 / 01 / 2024
DİN ötən gün könüllü təhvil verilən və qanunsuz saxlanılan silah-sursatın sayını açıqlayıb

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, yanvarın 20-21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 qumbara, 21 müxtəlif markalı tüfəng, 13 patron darağı və 540 müxtəlif çaplı patron təhvil götürüblər.

Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 avtomat silahı, 3 tapança, 3 müxtəlif markalı tüfəng, 5 patron darağı və 66 müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.

Paylaş:
225

Son xəbərlər

Bütün xəbərlər