Daha 3 universitet akkreditasiyadan keçib | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha 3 universitet akkreditasiyadan keçib

Qafar Ağayev16:28 - 23 / 01 / 2024
Daha 3 universitet akkreditasiyadan keçib

Yanvarın 23-də Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının növbəti iclası keçirilib.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən 1news.az-a verilən xəbərə görə, iclasda TKTA-nın “2023-cü təqvim ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi Qrafiki”nə uyğun olaraq, 3 ali təhsil müəssisəsində (ADA Universiteti, Azərbaycan Tibb Universiteti və Bakı Mühəndislik Universiteti) yekunlaşmış institusional akkreditasiya qiymətləndirilməsinin nəticələrinin müzakirəsi aparılıb, müvafiq komissiyalar tərəfindən hazırlanmış hesabat və təhlillər təqdim edilib.

Müzakirənin yekununda keçirilmiş səsvermənin nəticələrinə uyğun olaraq, ADA Universitetinin institusional akkreditasiya nəticəsi “uyğundur”, Azərbaycan Tibb Universiteti və Bakı Mühəndislik Universitetinin institusional akkreditasiya nəticələri isə “əsasən uyğundur” hesab edilərək növbəti 5 il müddətinə akkreditasiya edilməsi qərarı alınıb. Yekunlaşmış akkreditasiya prosesinin davamı olaraq adları çəkilən ali təhsil müəssisələrinin növbəti 6 ay ərzində fəaliyyət planı hazırlaması və agentliyə təqdim etməsi nəzərdə tutulur. Beləliklə, 2023-cü ildə ümumilikdə 13 ali təhsil müəssisəsində institusional akkreditasiya prosesi yekunlaşaraq müvafiq qərar qəbul edilib.

Paylaş:
254

Son xəbərlər

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09
Bütün xəbərlər