Gəncədə məktəblinin öldürülməsi faktı üzrə cinayət işi başlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə məktəblinin öldürülməsi faktı üzrə cinayət işi başlanıb

Qafar Ağayev10:21 - 23 / 01 / 2024
Gəncədə məktəblinin öldürülməsi faktı üzrə cinayət işi başlanıb

Yanvarın 23-də Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin qarşısında həmin məktəbin şagirdi bıçaqla xəsarət yetirilərək öldürülüb.

1news.az-ın xəbərinə görə, məsələ ilə bağlı Gəncə şəhər prokurorluğunun məlumatında bildirilib ki, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri hərəkətlər yerinə yetirilir.

Fakta görə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində prokurorluq və polis əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri aparılır.

Nəticəsi barədə əlavə məlumat veriləcəkdir.

Paylaş:
371

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər