Dəmir yolu ərazisində sürücü məsuliyyətsizliyi zəncirvari qəzaya səbəb oldu - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dəmir yolu ərazisində sürücü məsuliyyətsizliyi zəncirvari qəzaya səbəb oldu - FOTO

Qafar Ağayev11:59 - 23 / 01 / 2024
Dəmir yolu ərazisində sürücü məsuliyyətsizliyi zəncirvari qəzaya səbəb oldu - FOTO

Bu gün saat 10:15 radələrində "Azərbaycan Dəmir Yolları "QSC -yə (ADY) məxsus yük qatarı Əhmədli stansiyasının dalan yolunda manevr edərkən dəmiryol xəttinə yaxın məsafədə qanunsuz park edilmiş 99-FJ-595 dövlət nömrə nişanlı avtomobil qatara ilişib və yaxınlıqda dayanmış digər 7 maşınla toqquşub.

Bu barədə 1news.az-a ADY-dən bildirilib.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

"ADY bir daha nəqliyyat vasitələri sürücülərinin diqqətinə çatdırır ki, dəmiryol xətlərinə yaxın parkinq edərkən ən azı 3 metr məsafə saxlanılmalıdır", - deyə məlumatda qeyd olunub.

Paylaş:
309

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər