Bakı hava limanında ADA Məktəbinin şagirdləri üçün ekskursiya keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı hava limanında ADA Məktəbinin şagirdləri üçün ekskursiya keçirilib

Qafar Ağayev13:21 - 24 / 01 / 2024
Bakı hava limanında ADA Məktəbinin şagirdləri üçün ekskursiya keçirilib

Heydər Əliyev Beynəlxalq Aeroportunda ABŞ Federal Aviasiya Administrasiyasının təşkil etdiyi “The Airport Design Challenge” layihəsində iştirak edən ADA Məktəbinin şagirdləri üçün ekskursiya təşkil olunub.

1ews.az-ın hava limanına istinadən verdiyi məlumata görə, məktəblilər aviasiya aləminə qərq olaraq regionun ən böyük hava limanlarından birinin işi ilə yaxından tanış olublar.

Ekskursiya çərçivəsində iştirakçılar müxtəlif mühüm obyekt və xidmətlərə, o cümlədən “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinə, sərnişin və yük terminallarına, aeroportun aerodrom və yanğınsöndürmə xidmətlərinə, “AzalOil” Yanacaq-Sürtgü Materialları İdarəsinə, eləcə də texniki xidmət anqarına baş çəkiblər. Bu, onlara hava limanının təhlükəsiz və səmərəli fəaliyyətini təmin edən proseslərin müxtəlifliyi haqqında unikal fikir əldə etməyə imkan verib.

“Heydər Əliyev Beynəlxalq Aeroportu aviasiya sahəsində təhsilin və kadr hazırlığının inkişafına yönəlmiş təşəbbüsləri daim dəstəkləyir. Məktəblilərimizin beynəlxalq layihələrdə iştirakı ölkənin aviasiya sənayesinin gələcək inkişafının formalaşmasında əsas amil ola bilər”, - deyə Bakı hava limanının direktoru Teymur Həsənov vurğulayıb.

Ekskursiya iştirakçılarla aviasiya mütəxəssislərinin görüşü ilə başa çatıb. Görüş zamanı ekspertlər məktəblilərin suallarını cavablandıraraq, onlara hava limanının dizaynı və texniki xidmətinin incəlikləri, həmçinin aviasiya sənayesinin üzləşdiyi müasir tendensiyalar və çağırışlar barədə məlumat verərək öz bilik və təcrübələrini bölüşüblər.

Paylaş:
314

Son xəbərlər

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09
Bütün xəbərlər