Bakıda Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələrinin aeronaviqasiya strukturlarının ilk sammiti keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələrinin aeronaviqasiya strukturlarının ilk sammiti keçirilir

Qafar Ağayev15:33 - 24 / 01 / 2024
Bakıda Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələrinin aeronaviqasiya strukturlarının ilk sammiti keçirilir

23-25 yanvar tarixlərində Bakıda CANSO-nun himayəsi altında Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələrinin (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan) aeronaviqasiya qurumlarının rəhbərlərinin ilk sammiti keçirilir. Tədbir Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Azərbaycan Hava Yolları” QSC-nin birgə təşkilatçılığı ilə baş tutur.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, CANSO aeronaviqasiya xidməti təminatçılarını birləşdirən beynəlxalq təşkilatdır. Azərbaycan 2005-ci ildən bu təşkilatın üzvüdür.

Yanvarın 24-də keçirilən görüşdə CANSO-nun baş direktoru Saymon Hokard, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Enver İskurt, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti vəzifəsini icra edən Samir Rzayev, həmçinin aviasiya qurumları və aeronaviqasiya xidmətlərinin rəhbərləri çıxış ediblər.

Sammitdə regionda hava hərəkətinin inkişafı və idarə olunması məsələləri müzakirə olunub. Müzakirələrin nəticəsi olaraq uçuşların təhlükəsizliyinə və birgə fəaliyyətin səmərəliliyinin artırılmasına yönəlmiş müvafiq qərarlar qəbul edilib.

Aeronaviqasiya xidməti təminatçıları aviasiya sənayesinin əsas iştirakçılarıdır. Onlar uçuşların təhlükəsizliyinin təmin edilməsinə, regionda hava nəqliyyatı dəhlizlərinin inkişafına və ölkələrin hava məkanı vasitəsilə tranzit axınının təşkilinə görə cavabdehdir. Həmçinin provayderlər qlobal aviadaşımalar zəncirinin təmin edilməsi, uçuşların səmərəliliyinin artırılması, davamlı inkişaf konsepsiyasının dəstəklənməsi və ətraf mühitə təsirin azaldılmasına şərait yaradır.

Sammit proqramı çərçivəsində iştirakçıların “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) fəaliyyəti, o cümlədən yeni texnologiyalar və regionda aviadaşımaların təhlükəsizliyinin təmin edilməsi tədbirləri ilə tanışlığı nəzərdə tutulub.

Qeyd edək ki, digər ölkələrin aviaşirkətləri yüksək keyfiyyətli xidmət və Avropa ilə Asiya arasında mühüm hava marşrutlarının kəsişməsi səbəbindən Azərbaycanın hava məkanına böyük maraq göstərir. Belə ki, ölkə ərazisi üzərindən tranzit uçuşların sayı orta hesabla ayda 15 min təşkil edərək sürətlə artmağa davam edir.

Paylaş:
226

Son xəbərlər

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09
Bütün xəbərlər