“O səs Türkiyə”nin qalibi DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olub
Azərbaycanın “Avroviziya” mahnı müsabiqəsindəki ilk təmsilçilərindən biri, “O səs Türkiyə” yarışmasının qalibi Elnur Hüseynov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olub.
DOST-dan 1news.az-a verilən məlumata görə, Mərkəzlə tanışlıq zamanı qonaq yaradıcılıq studiyalarını gəzib, təlim prosesini izləyib.
Elnur Hüseynov Mərkəzdə təlim alan həssas əhali qruplarına aid şəxslərin hazırladıqları əl işləri ilə tanış olub.
Ölkəmizi 2008 və 2015-ci illərdə “Avroviziya” mahnı müsabiqəsində iki dəfə təmsil etmiş ifaçı musiqi studiyasında benefisiarların məşq prosesinə qoşulub, onlarla birgə mahnılar ifa edib, maraqlı duetlər səsləndirib.
298