DİN: Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

09:35 - 24 / 01 / 2024
DİN: Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

Yanvarın 23-də ölkə ərazisində qeydə alınan 62 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 66, o cümlədən borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 42, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

Paylaş:
299

Son xəbərlər

Bütün xəbərlər