FHN: Ötən sutka ərzində 17 yanğına çıxış olub | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN: Ötən sutka ərzində 17 yanğına çıxış olub

10:40 - 24 / 01 / 2024
FHN: Ötən sutka ərzində 17 yanğına çıxış olub

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması sahəsində fəaliyyətini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 17 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, nazirliyin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 3 nəfər xilas edilib.

Paylaş:
318

Son xəbərlər

Bütün xəbərlər