Yol polisi qarın yarada biləcəyi​ fəsadlarla bağlı xəbərdarlıq edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Yol polisi qarın yarada biləcəyi​ fəsadlarla bağlı xəbərdarlıq edib

Qafar Ağayev11:31 - 24 / 01 / 2024
Yol polisi qarın yarada biləcəyi​ fəsadlarla bağlı xəbərdarlıq edib

Ölkə ərazisində müşahidə olunan hava şəraiti ilə əlaqədar hazırda respublika əhəmiyyətli avtomobil yollarında məhdudiyyət tətbiq edilməsə də, əsasən dağlıq və dağətiyi rayonlarda yağan intensiv qar nəqliyyatın hərəkətində bir sıra çətinliklər yaradıb.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, hazırda DİN BDYPİ-nin YPX Alayının və ərazi polis orqanlarının DYP əməkdaşları ötən gün gecə saatlarından başlayaraq aidiyyəti qurumlarla birgə qarın yollarda yaratdığı fəsadların aradan qaldırılması, nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində zəruri tədbirlər görür, sürüşmə səbəbindən yolda qalan sürücülərə köməklik göstərir.

Baş DYP İdarəsi​ mövcud hava şəraiti ilə əlaqədar​ yollarda meydana gələ biləcək xoşagəlməz halların qarşısının alınması üçün bir daha sürücülərə müraciət edərək, hava şəraitini düzgün qiymətləndirməyi, yolların buz bağlama ehtimalını nəzərə alaraq ehtiyyat tədbirləri görməyi, mövsümə uyğun təchiz edilməmiş, texniki-təhlükəsizlik baxımından yararsız nəqliyyat vasitələri ilə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşurutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edir.

Qarlı, buzlu yollarda nəqliyyat vasitələrinin sürüşmə ehtimalının dəfələrlə artmasını nəzərə alaraq piyadalara ehtiyatlı olmaq, yolun hərəkət hissəsinə çıxmamaq, təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur.

Paylaş:
359

Son xəbərlər

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09
Bütün xəbərlər