Ölkə ərazisində qarlı hava şəraiti davam edir - Faktiki hava | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkə ərazisində qarlı hava şəraiti davam edir - Faktiki hava

12:35 - 24 / 01 / 2024
Ölkə ərazisində qarlı hava şəraiti davam edir - Faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 24-ü saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisində qarlı, şaxtalı hava şəraiti davam edir.

Bakıda və Abşeron yarımadasında, Naxçıvan Muxtar Respublikasında, Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Qarabağ və Şərqi Zəngəzur, Lənkəran-Astara zonasında qar yağır, bəzi yollar buz bağlayıb.

Xidmətdən 1news.az-a verilən məlumata görə, hazırda havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1°-dək isti, Naxçıvan Muxtar Respublikasında 5°-dək şaxta, Aran rayonlarında 1° şaxtadan 1°-dək isti , dağlıq rayonlarda 7°, yüksək dağlıq ərazilərdə isə 11°-dək şaxtadır.

Paylaş:
335

Son xəbərlər

Bütün xəbərlər