Azərbaycan və Yaponiya İKT sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Azərbaycan və Yaponiya arasında nəqliyyat və İKT sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
1news.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr Yaponiyanın ölkəmizdəki səfiri Katsuya Vatanabe ilə görüşdə baş tutub.
“Ölkəmizin bu il ev sahibliyi edəcəyi mötəbər tədbir - COP29 ətrafında fikir mübadiləsi apardıq” – deyə nazir qeyd edib.
233